Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Min illik bir bağlama tapıldı - "2957-ci ilə qədər açmayın" (Foto/Video)

Min illik bir bağlama tapıldı - "2957-ci ilə qədər açmayın" (Foto/Video)


24-11-2015, 22:43. Yazar: Xeberaz
Min illik bir bağlama tapıldı - "2957-ci ilə qədər açmayın" (Foto/Video)

1957-ci ildə min il sonra üçün torpağa basdırılan şüşə bir qab aşkarlanıb.

Avropa.info xəbər verir ki, şüşə qabı basdıranların istəyinin yerinə yetiriləcəyi və şüşə qabın 2957-ci ildə açılacağı açıqlanıb.

Əldə olunan məlumata görə Masaçusets Texnologiya İnstitutunda 1957-ci ildən qalma bir şüşə qab aşkarlanıb.

Həmin şüşə qabı bir binanın inşaatı üçün araşdırma aparan qrupun tapdığı və qabı basdıranların onu 1000 il müddətinə basdırmaq istədiyi bildirilir.

Basdırılan şüşə qabı araşdıran bir qrup alim qabı basdıranların onun içindəkilərin xarab olmaması üçün qabın içini arqon qazı ilə doldurduğunu müəyyən edib.

Şüşə qabı basdıran elm adamları öz istəklərini belə açıqlamışlar:

“Önümüzdəki min ildə dünyanı nə gözlədiyini bilmirik. Sizin bizim zamanımıza bir elm çağı olaraq hörmət edib etməyəcəyiniz də məlum deyil. Əmin olduğumuz yeganə şey budur ki, siz kainat ilə bağlı daha böyük bir elmə sahib olacaq və biz bu irəliləyişə bir köməklik etmiş olacağıq. Sizə məlumatdan sonra davam edən uğurlar diləyirik.”

Bundan sonrakı müddətdə şüşə qab ya yenidən basdırılacaq, ya da muzeydə nümayiş etdiriləcək.
Min illik bir bağlama tapıldı - "2957-ci ilə qədər açmayın" (Foto/Video)
Min illik bir bağlama tapıldı - "2957-ci ilə qədər açmayın" (Foto/Video)


Geri dön