Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > “Tolik də qaz problemindən yazdı

“Tolik də qaz problemindən yazdı


24-11-2015, 18:12. Yazar: Xeberaz

“Tolik də qaz problemindən yazdı
Xəbəraz.az“Qafqazinfo”-ya istinadən xəbər verir ki, prodüser havaların soyumasına baxmayaraq yaşadığı binaya qaz verilməməsindən gileylənib:

“Biz hansı dövrdə yaşayırıq? 1 ilə yaxındır ki, Abşeron City-də yaşayıram. Bina standartlara uyğundur, FHN-in baxışından keçib. Suyu, işığı, hər şeyi var, amma qazı yoxdur ki, yoxdur. Evdə niyə soyuqda paltarla gəzməliyik? İndi də qaz çəkiblər, amma plastik kart idarəsi kartları vermir. Başa düşmədim bunlara da aparıb pul vermək lazımdır ki, binada yaşayan 160 ailəyə kart versinlər, onların da uşaqları soyuqdan donmasın?
Noyabrın axırıdır, amma qaz yoxdur. Azəriqaz hara baxır?”.
Geri dön