Ana Sayfa > Karusel / İqtisadiyyat / Texnologiya > “Samsung” Almaniya bazarından gedir

“Samsung” Almaniya bazarından gedir


24-11-2015, 11:59. Yazar: Xeberaz
“Samsung” Almaniya bazarından gedir
Cənubi Koreyanın “Samsung” şirkəti Almaniyanın rəqəmsal texnika bazarından getməyi planlaşdırır.

Xəbəraz.az “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, belə bir qərar müasir videokameralar, rəqəmsal fotoaparatlar, həmçinin onların aksesuarlarına olan tələbatın ciddi şəkildə düşməsindən sonra qəbul edilib.

Marketinq və satışın bir an içində dayandırılması isə planlaşdırılmır. Bütün bunlara müəyyən, ancaq qısa müddət ərzində xitam veriləcək. Tələbatın azalması isə tam olaraq başa düşüləndir. Müasir zamanda videokamera və fotokamera kimi planşetlər və smartfonlardan istifadə olunur.

Bununla belə, “Samsung” şirkətinin nümayəndələri fotoaparat, smartfon və videokamera istehsalı ilə məşğul olan bölmələrini də birləşdirib. Hazırda bütün bu istehsallar bir müasir bölmədə çalışır.

Əldə olunan məlumata görə, “Samsung” noutbuklarının istehsalı tam olaraq dayandırılıb. İndi isə növbədə şirkətin fotoaparat və videokameralar istehsalının dayandırılmasıdır.
Geri dön