Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanlını 6 kq qara kürü ilə Dağıstan Gömrüyündə saxladılar

Azərbaycanlını 6 kq qara kürü ilə Dağıstan Gömrüyündə saxladılar


23-11-2015, 23:27. Yazar: Xeberaz
Azərbaycanlını 6 kq qara kürü ilə Dağıstan Gömrüyündə saxladılar
Məhsul deklarasiya edilməyib.

Azərbaycan vətəndaşından 6 kiloqram çəkisi olan qara kürünü Rusiya ərazisinə keçirmək istəyərkən müsadirə ediblər, “Daqestansykaya Pravda” məlumat yayıb.

hadisə Məhərrəmkənd Gömrük məntəqəsində baş verib.

Rusiyaya Azərbaycandan gələn gömrük yoxlaması zamanı onlarda deklarasiya edilməmiş ümumi çəkisi 6,4 kq olan kürü aşkar edilib.

Qanunsuz daşınan kürü müsadirə edilib və ekspertizaya göndərilib. Ekspertizanın nəticələrinə görə, inzibati xəta üzrə və ya cinayət işinin açılması məsələsi həll ediləcək.
Geri dön