Ana Sayfa > Karusel / Hadisə / M2 > Prokurorluq iki dəhşətli intiharla bağlı məlumat yaydı

Prokurorluq iki dəhşətli intiharla bağlı məlumat yaydı


23-11-2015, 21:52. Yazar: Xeberaz
Prokurorluq iki dəhşətli intiharla bağlı məlumat yaydı
Cinayət işi açılıb.

Bakı şəhər prokurorluğu baş vermiş iki intiharla bağlı məlumat yaydı

Noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanmışdır.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Geri dön