Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Fotogalereya > Yol polisini döydülər

Yol polisini döydülər


1-04-2015, 13:41. Yazar: Xeberaz
Yol polisini döydülər
Faktla bağlı araşdırma aparılır.

Bakıda yol polisi sürücünü saxladığı üçün döyülüb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib.

Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi “Volksvagen” markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbəbdən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb.

Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön