Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda mənzildə partlayış: Yaralanan var

Bakıda mənzildə partlayış: Yaralanan var


20-11-2015, 15:25. Yazar: Xeberaz
Bakıda mənzildə partlayış: Yaralanan var
DİN məlumat yaydı.

Bakının Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Bu barədə DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, hadisə noyabrın 19-da saat 17 radələrində baş verib.

Nəticədə mənzilin qapı və pəncərə çərçivələri dağılıb.

Orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Geri dön