Ana Sayfa > Karusel / Gündəm / M2 > “Facebook” İsis adlı qızın akkauntunu bağladı

“Facebook” İsis adlı qızın akkauntunu bağladı


19-11-2015, 15:18. Yazar: Xeberaz
“Facebook” İsis adlı qızın akkauntunu bağladı
ABŞ-ın San-Fransisko ştatından olan mühəndis Aysis Ançalinin “Facebook” profili səhvən başlanılıb.

Xəbəraz.az“gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, buna səbəb Aysisin adının ingiliscə yazılışının (İsis) İraq Şam İslam Dövlətinin yazılışı ilə (ISIS - Islamic State of Iraq and al-Sham) ilə üst-üstə düşməsidir.

Qız öz tvitterində yazıb ki, akkauntunun açılması üçün sübut olaraq pasport şəklini göndərib. Bundan sonra sosial şəbəkənin nümayəndəsi A.Ançali qarşısında üzrxahlıq edib və akkauntu geri qaytarılıb.

Qeyd olunur ki, sosial şəbəkədə həqiqi adlarla bağlı qərar mövcuddur. Saxta və yalan adlarla qeydiyyatdan keçən istifadəçilərin məlumatları blok edilə bilər.

Demək yerinə düşər ki, İsis - Misirdə İsida ilahəsinin adıdır. Dünyada bu adda olan bir çox obyektlər də mövcuddur. İŞİD isə terror təşkilatıdır və onun fəaliyyəti bir çox dövlətlərdə qadağan edilib.
Geri dön