Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > “Land Cruiser” dəhşətli qəza törətdi: ölənlər var

“Land Cruiser” dəhşətli qəza törətdi: ölənlər var


19-11-2015, 12:53. Yazar: Xeberaz
“Land Cruiser” dəhşətli qəza törətdi: ölənlər var
Hər iki piyada hadisə yerində keçinib

Bakıda dəhşətli yol qəzası baş verib.

Xəbəraz.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də araşdırmalar aparılır.

Geri dön