Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Faiq üçün tarixi gün: "27 il ötdü..." - VİDEO

Faiq üçün tarixi gün: "27 il ötdü..." - VİDEO


17-11-2015, 12:04. Yazar: Xeberaz
Faiq üçün tarixi gün: "27 il ötdü..." - VİDEO
Bu gün xalq artisti Faiq Ağayevin sənətə gəlməsindən 27 il ötür. Lent.az-ın məlumatına görə, xalq artisti bu barədə sosial şəbəkədə yazıb: “Şükür yaradana. Nə yaxşı ki, bu səadəti mənə nəsib etdi. Nə yaxşı ki, varımsınız – sənətim, səhnəm, tamaşaçıların. Yaradıcılığımın 27 yaşı tamam oldu. Məni sevməkdə davam edin”.

Qeyd edək ki, 1971-ci il dekabrın 29-da dünyaya göz açan F.Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Elə həmin il də "Bakı payızı" yarışmasına qatılaraq, müsabiqənin qalibi olub. 2007-ci ilin yanvar ayında isə Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Azərbaycan musiqi tarixində rekord müddət müəyyənləşdirib. O, 2000-ci il də əməkdar, 2008-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.

Geri dön