Ana Sayfa > Karusel / Hadisə / M2 > “BakuBus”un avtobusu qəzaya uğradı: 7 yaralı

“BakuBus”un avtobusu qəzaya uğradı: 7 yaralı


17-11-2015, 11:20. Yazar: Xeberaz
“BakuBus”un avtobusu qəzaya uğradı: 7 yaralı
Faktla bağlı araşdırma aparılır.

Noyabrın 16-da Bakıda avtobus qəzası baş verib.

Xəbəraz.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Salyan şossesidə, 20-ci sahə dairəsi yaxınlığında «BakuBus» MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb.

Qəza nəticəsində 1979-cu il təvəllüdlü Tofiq Əliyev də daxid olmaqla 7 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön