Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Dünyasını dəyişsə də, "Forsaj-8"də olacaq

Dünyasını dəyişsə də, "Forsaj-8"də olacaq


16-11-2015, 15:35. Yazar: Xeberaz
Dünyasını dəyişsə də, "Forsaj-8"də olacaq
"Forsaj" ("Fast and furious") filminin yaradıcıları növbəti dəfə Pol Uokeri ekrana qaytarmaq istəyirlər.

Xeberaz.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2013-cü ildə filmin 7-ci hissəsinin çəkilişlərinin başlanğıcında dünyasını dəyişən aktyoru ekranda qardaşı əvəz etmişdi. Belə ki, Kodinin siması texnikanın köməkliyi ilə qardaşının siması ilə uyğunlaşdırılmışdı.

Layihənin prodüserləri "Forsaj-8"də də bunu davam etdirmək niyyətindədirlər. Pol Uokerin fanatlarınının çoxu bunu dəstəkləsə də, bəziləri "ölüləri rahat buraxmaq lazımdır" deyərək bu ideyanın düzgün olmadığını deyiblər.

Qeyd edək ki, 2017-ci ilin aprelində təqdim olunacaq növbəti seriyada aktyorlar Brayan O.Konnor və Cordan Bryuster də geri dönəcək.
Geri dön