Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 / Xəbəraz TV / Fotogalereya > Wi-Fi istifadəçiləri mütləq izləsin - Bunu bilməyiniz vacibdir
Wi-Fi istifadəçiləri mütləq izləsin - Bunu bilməyiniz vacibdir31-03-2015, 21:47. Yazar: Xeberaz |
Wi-Fi şəbəkəsi internetə rahat çıxışı təmin edir.Ancaq wi-fi istifadə edərkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.Məsələn,wi-fi şifrəsi oğurlana bilər.Bunun qarşısını almaq üçün bir sıra üsullar var. Ev və ofislərdə wi-fi modemlərin çoxalması şifrə məsələsini gündəmə gətirir. İaşə obyektlərində şifrəsiz olsa da bir çoxları paylayıcıları başqasının istifadəsinə bağlayır.Çünkü wi-fi internet paylayıcılarına qoyulan şifrələrin sındırılaraq kibercinayətlərdə istifadə edilmə ehtimalı var. Bəs bunun qarşısını necə almaq olar? Mütəxəssislər bildirir ki, ilk növbədə wi-fi paylayıcının sazlanma interfeysinə daxil olaraq şəbəkənin adını və şifrəsini gizlətmək olar İkinci üsul kimi sazlanma interfeysində wi-fi təhlükəsizlik bölməsinə daxil olaraq şifrələnmə tipini dəyişərək ƏPA2 kimi qeyd etmək lazımdır. Başqa bir üsul isə filterləmədir.Hansı kompyuterlərin yaxud da telefonların daxil olmasını istəyirsizsə onların fiziki adreslərini sazlama interfeysindəki wi-fi filter bölməsina daxil etmək lazımdır Bu üsuldan sonra şifrə açıq saxlandığı halda belə kiminsə tərəfindən sındırılsa da internetdən istifadə etmək mümkün olmayacaq. Geri dön |