Ana Sayfa > Karusel / İdman / M2 > Millimizin oyunu gürcülərə tapşırıldı

Millimizin oyunu gürcülərə tapşırıldı


16-11-2015, 15:27. Yazar: Xeberaz
Millimizin oyunu gürcülərə tapşırıldı
Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Xeberaz.az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın əsas və yan xətt hakimləri Gürcüstandan olacaq.

Baş hakim: Laşa Silaqava (Gürcüstan)

Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hər ikisi - Gürcüstan)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq
Geri dön