Ana Sayfa > Karusel / İdman / M2 > “Neftçi”də Sadıq Sadıqova görə qalıram"

“Neftçi”də Sadıq Sadıqova görə qalıram"


31-03-2015, 21:09. Yazar: Farrukh Shakiri
“Neftçi”də Sadıq Sadıqova görə qalıram"
“Bunu öncədən də demişdim ki, Sadıq Sadıqov “Neftçi” PFK-dan gedəcəksə, mən də gedəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsini yerinə yetirən Elnur Əşrəfoğlu deyib.
Bu gün keçirilən iclasdan sonra “Neftçi”də prezident vəzifəsi ləğv olunub. Klubu yeni yaradılan Müşahidə Şurası idarə edəcək ki, onun da rəhbəri tanınmış yazıçı Çingiz Abdullayev təyin edilib. Belə olan halda, keçmiş klub prezidentinin müşaviri olan Əşrəfoğlunun klubda qalıb-qalmayacağı maraq doğururdu.
Bununla bağlı fikirlərini bölüşən keçmiş jurnalist “Neftçi”dən gedəcəyinə işarə vurub: “Mən “Neftçi”də Sadıq Sadıqova görə qalıram. Hələ tam dəqiq deyil. Əgər o getsə, mən də gedəcəm”.
Geri dön