Ana Sayfa > Karusel / İdman / Foto-fakt / Xəbəraz TV > Məğlubedilməz Rouzini xəstəxanalıq etdilər - VİDEO

Məğlubedilməz Rouzini xəstəxanalıq etdilər - VİDEO


15-11-2015, 14:51. Yazar: Xeberaz
Məğlubedilməz Rouzini xəstəxanalıq etdilər - VİDEO
Məşhur döyüşçünü nokauta saldılar.

Melbrunda UFC 193 turniri keçirilib.

Turnirin əsas döyüşündə yüngül çəki kateqoriyasında UFC çempionu Ronda Rouzi (12 qələbə - 0 məğlubiyyət) və çempionluğa namizəd, boks üzrə sabiq dünya çempionu Holli Holm (9 qələbə - 0 məğlubiyyət) qarşılaşıblar.

İlk raundda Holli Holm düzgün mövqe seçərək rəqibinə bir neçə dəqiq zərbələr endirib.

İkinci raundun əvvəllərində Holm məğlubedilməz Rouziyə ayaqla başından güclü zərbə endirərək yerə yıxıb. Daha bir neçə ardıcıl zərbələrdən sonra hakim döyüşü dayandırıb.

Ronda Rouzi nakautdan sonra xəstəxanaya gətirilib.Oxu.Az

Geri dön