Ana Sayfa > Karusel / Hadisə / M2 > Dəhşət ana 8 övladını öldürdü

Dəhşət ana 8 övladını öldürdü


14-11-2015, 21:45. Yazar: Xeberaz
Dəhşət ana 8 övladını öldürdü
Almaniyanın Bavariya əyalətindəki Vallenfels şəhərinin 45 yaşlı sakini 8 uşağını qətlə yetirdiyini etiraf edib.
Xeberaz.az Focus Online-a istinadən bildirir ki, bu qadın dünən gecə saatlarında Vallenfelsdən 15 km aralıdakı Kronax şəhərində, otellərdən birində yaxalanıb.
Uşaqların cəsədləri noyabrın 13-də, qadının son 18 il ərzində yaşadığı evin bağında tapılıb. Qadın əri, anası və 5 uşağı ilə birlikdə yaşayırdı. Uşaqların ikisi qadının əvvəlki nikahında doğulub.
Öldürülən uşaqların yaşları və cinsiyyətləri hələ müəyyənləşməyib.
"Cəsədlər çox pis vəziyyətdədir. Ekspertizanın nəticələri gələn həftə müəyyənləşəcək", - prokuror Martin Dippolld deyib.
Qadının ərinin bu uşaqların atasının olub-olmadığı dəqiq bilinmir.
Sentyabrın sonunda qadınla əri faktiki olaraq ayrı yaşayırdılar. Səbəb isə ərlə arvadın sərxoş vəziyyətdə dava etmələri idi. Bir qədər sonra isə ər arvadının məşuqunun olduğundan xəbər tutaraq qadını qovub. Qadın da məşuqu ilə Kronax şəhərinə yollanıb.
Geri dön