Ana Sayfa > Karusel / Dünya / M2 > Peskov: Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə demək olduğunu bilmirlər

Peskov: Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə demək olduğunu bilmirlər


31-03-2015, 19:02. Yazar: Xeberaz
Peskov: Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə demək olduğunu bilmirlər

“Gənc nəsil prezidentin ətrafında birləşir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanı hazırkı dövlət başçısı Vladimir Putin olmadan təsəvvür etməyən dünya liderləri klubu formalaşıb və onlar Moskvanın öz maraqlarını sərt şəkildə qoruduğuna adət edirlər, Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir.

Putinin prezidentliyinin 15 illiyinə həsr olunmuş dəyirmi masada çıxış edən Peksov ölkədə prezidentin ətrafında birləşən gənc nəslin formalaşdığını bildirib.

“2000-ci ildən indiyədək Rusiyada Sovet İttifaqının sonu, 70-80-ci illəri, 90-cı illərin dəhşətlərini xatırlamayan gənc nəsil peyda olub və onlar Putinin nəsli kimi böyüyüblər. Bu gənclərin əksəriyyəti bu gün ölkəmizdə özlərinə yer tapır və bilirlər ki, işləməyə, Putinin ətrafında birləşməyə hazırdırlar”, - deyə, Peskov vurğulayıb.

“Lakin eyni zamanda dünyada Putinsiz Rusiyanın nə demək olduğunu bilməyən dünya liderləri klubu da formalaşıb və onlar Moskvanın öz maraqlarını sərt şəkildə qoruduğuna öyrəşir, başında Putinin dayandığı Rusiyanın bu işi davam etdirəcəyini anlamağa başlayırlar”, - deyə, o, əlavə edib.
Geri dön