Ana Sayfa > Karusel / Dünya > Peskov: Putinin əl sıxmağı “əl sındırır”

Peskov: Putinin əl sıxmağı “əl sındırır”


12-03-2015, 14:06. Yazar: Xeberaz
Peskov: Putinin əl sıxmağı “əl sındırır”
“O tam sağlamdır”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Exo Moskva”nın efirində təsdiq edib ki, Vladimir Putin tam sağlamdır.

Bu barədə Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir.

O, həmçinin qeyd edib ki, Putinin əl sıxması elə güclüdür ki, o, “əl sındırır”.

“Ötən həftənin sonundan bu vaxta qədər prezidentin ictimaiyyətə görünməməsi onun gərgin iş qrafiki və qapalı görüşləri ilə əlaqəlidir”, Peskov deyib.

Öncə Peskov bildirib ki, Putin FTX-nin kollegiyasında iştirak etməyi planlaşdırmır.
Geri dön