Ana Sayfa > Karusel / Dünya / M2 / Reportaj > İranda azərbaycanlı xanımlar həbs olundu

İranda azərbaycanlı xanımlar həbs olundu


13-11-2015, 16:21. Yazar: Xeberaz
İranda azərbaycanlı xanımlar həbs olundu
Azərbaycanlıların etiraz aksiyaları davam edir.

Noyabrın 12-si İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində fars irqçiliyinə qarşı keçirilən aksiyalara dəstək verən 2 azərbaycanlı bacı, Günəş və Pinar Molla Abbasi tutulub.

Xəbəraz.az Publika.az-a istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin əməkdaşları bacıları dünən evlərində tutaraq naməlum istiqamətdə aparıblar.

20 yaşlı tələbə Pinar və 15 yaşlı bacısı Günəşin hazırda harada saxlandığı bilinmir.

Xatırladaq ki, noyabrın 6-da, İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda azərbaycanlılar təhqir olunub.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər.

Aksiyalarda yüzlərlə insan tutulub, bir neçə adam bədən xəsarəti alıb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, azərbaycanlıların etiraz aksiyaları davam edir.
Geri dön