Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı metrosunda sərxoş sərnişin polisi döydü

Bakı metrosunda sərxoş sərnişin polisi döydü


13-11-2015, 15:03. Yazar: Xeberaz
Bakı metrosunda sərxoş sərnişin polisi döydü
O, polis əməkdaşını nalayiq söyüşlərlə də təhqir edib.

Bakı Metropoliteninin “28 May” stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.

Xəbəraz.az “Report”-a istinadən xəbər verir ki, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanuni tələblərinə məhəl qoymayıb.

Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra, İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön