Ana Sayfa > Karusel / Gündəm / M2 > Kürdlər Sincarı tutdu - 600 İŞİD-çi öldürüldü

Kürdlər Sincarı tutdu - 600 İŞİD-çi öldürüldü


13-11-2015, 14:11. Yazar: Xeberaz
Kürdlər Sincarı tutdu - 600 İŞİD-çi öldürüldü
İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzaninin təlimatı ilə peşmergə gücləri İŞİD-ə qarşı hücuma keçib.

Xeberaz.az xəbər verir ki, son iki gündə irəliləyən peşmergə gücləri İŞİD-in nəzarəti altında olan Sincar şəhərini tamamilə ələ keçirib.

Son verilən xəbərə görə, tərəflər arasında gedən döyüşlərdə 600 nəfər İŞİD-çi öldürülüb. Bundan başqa, onlar şəhərin iki tərəfindən də keçən starteji yolu bağlayaraq İŞİD-in nəzarət etdiyi 2 böyük şəhər - Rakka və Mosul arasındakı kommunikasiya xətlərini kəsiblər.

Əməliyyatda 7,5 min döyüşçü iştirak edib və ABŞ və koalisiya qüvvələrinin aviasiyası kürdlərə havadan dəstək də göstərib.İraqın Sincar və Mosul şəhərləri habelə Suriyadakı Raqqa şəhəri İslam Dövləti qruplaşmasının mühüm dayaq məntəqələri hesab olunur.
Geri dön