Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Dünyada yeni ölümcül virus - "Bənövşəyi ölüm"

Dünyada yeni ölümcül virus - "Bənövşəyi ölüm"


13-11-2015, 13:51. Yazar: Xeberaz
Dünyada yeni ölümcül virus - "Bənövşəyi ölüm"
İnsanlar yeni müalicəsi olmayan SARS-virusu (“bənövşəyi ölüm”) təhlükəsi ilə üzləşiblər.

Xeberaz.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Şimali Karolina Universitetinin alimləri bəyan ediblər. Məlumata əsasən, virus insana yarasalardan keçir. İlk yoluxma halı 2002-ci ildə Çində qeydə alınıb.

Alimlər virusu öyrəndikdən sonra onun yüksək patogenli olduğu nəticəsinə gəliblər.

Mövcüd olan bütün dərmanlar xəstəliyə qarşı təsirsiz, effektsizdir.

Statistikaya əsasən, virusa yoluxma zamanı ölüm ehtimalı 10%-dir.
Geri dön