Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Qazaxda güclü qasırğa olub

Qazaxda güclü qasırğa olub


12-11-2015, 22:11. Yazar: Xeberaz
Qazaxda güclü qasırğa olub
Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Qazax rayonunda güclü küləklə müşahidə olunan qasırğa olub.

Xəbəraz.az -ın APA-ya istinadən məlumata görə, qasırğa bu gün saat 14 radələrindən başlayıb, əsasən rayonun mərkəzində, Cəfərli, Fərəhli, Alpoud kəndlərində qeydə alınıb.

Güclü külək inzibatı və fərdi binaların dam örtüklərinə ziyan vurub, bəzi ərazilərdə ağaclar qırılıb, bəzi yaşayış məntəqələrində elektrik, telefon və qaz xətlərində problemlər yaranıb.

Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kommunal xətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparırlar.

Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Geri dön