Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda kişi özünü 9-cu mərtəbədən atdı

Bakıda kişi özünü 9-cu mərtəbədən atdı


12-03-2015, 14:02. Yazar: Xeberaz
Bakıda kişi özünü 9-cu mərtəbədən atdı
O hadisə yerindəcə keçinib.

Suraxanı rayonu Yeni Günəşli "V" yaşayış sahəsində intihar hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, sakinlərin Modern.az-a verdiyi məlumata görə, “V” yaşayış sahəsi, bina 6, mənzil 18-də yaşayan Anastasiya Tolpayevanın 40 yaşlarında olan oğlu Vadim özünü evin pəncərəsində atıb.

Özünü 9-cu mərtəbədən atan kişinin hadisə yerindəcə keçindiyi bildirilib. Qonşuların sözlərinə görə, həyatına qəsd edən şəxs uzun illərdir xəstəlikdən əziyyət çəkirmiş.

Onun ruhi xəstə olduğunu iddia olunur.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Geri dön