Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya > Qalmaqal! "Aygün Snup Doqun qucağında olanda pornoqrafiya deyildi?"

Qalmaqal! "Aygün Snup Doqun qucağında olanda pornoqrafiya deyildi?"


11-11-2015, 23:22. Yazar: Xeberaz
Qalmaqal! "Aygün Snup Doqun qucağında olanda pornoqrafiya deyildi?"

"Sevgi nağılı" adlanan klipi ilə yenidən gündəmə gələn Roza Zərgərli klipinin tamaşaçılar tərəfindən sevildiyini və fanatlarının qısqanclıq krizindən qurtulduğunu vurğulayıb. Xəbəraz.az məlumat verir ki, MUZ TV-də ifaçı ekran əsərini erotik klip adlandıranları qınayıb. R.Zərgərli klipdə heç bir açıq-saçıq səhnənin yer almadığını və deyilən fikirlərin tamamilə əsassız olduğunu deyib. O, bu dəfə həmkarlarına da söz atıb. İfaçı bəzi ulduzların kliplərini pornoqrafiya adlandırıb:

"Bəziləri deyir ki, erotik klipdi. Amma klipdə nə qızın, nə oğlanın lüt bədəni nümayiş olunmayıb. Ona görə klip erotik deyil. Əgər mənim klipim erotikdirsə, bəzilərinin klipləri parnoqrafiyadır. Aygün Snup Doqun qucağında olanda pornoqrafiya, erotika deyildi?! Klipdə sevgi yaşamışıq. Sadəcə mənim adım çox yanıqlıdır".

Geri dön