Ana Sayfa > Karusel / Hadisə / M2 > Astarada vətəndaş avtomobillə polisin üzərindən keçdi

Astarada vətəndaş avtomobillə polisin üzərindən keçdi


31-03-2015, 15:00. Yazar: Xeberaz
Astarada vətəndaş avtomobillə polisin üzərindən keçdi
Tüfəng, tapança, beşbarmaq aşkarlandı.

Azərbaycanın Astara rayonunda polis əməkdaşı və vətəndaş arasında münaqişə baş verib.

Xeberaz.az xəbər verir ki. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb edib.

Tabeçilik göstərməyən S.Əliyev avtomobili hərəkətə gətirib A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk edib.

A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.
Geri dön