Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > "İl yarım ərimi aldatdım" - xalq artisti

"İl yarım ərimi aldatdım" - xalq artisti


10-11-2015, 14:20. Yazar: Xeberaz
"İl yarım ərimi aldatdım" - xalq artisti
Xalq artisti Təranə Muradova “V element” verilişinin qonağı olub.

Xeberaz.az-ın məlumatına görə, şəxsi həyatından danışan rəqqasə ərini aldatdığını etiraf edib:

“Ailə qurduqdan sonra həyat yoldaşım dedi ki, səhnəni at. Dedim, “Birinci uşağımız olsun, söz səhnəni atacam”. Birinci uşaq oldu, dedi bəsdir. Cavab verdim ki, “İkinci uşaq olsun, oturacam evdə". İkinci övladımdan sonra yoldaşım dedi ki, “İki balan var, utan. Uşaqlara tərbiyyə verməlisən. Əgər evə gəlsəm ki, yemək yoxdu, işləri çatdırmırsan, səni işdən çıxaracam”. 1 il yarım onu aldatdım. Restorandan düşbərə, cız-bız, qutablar alıb evə gətirirdim ki, guya özüm bişirirəm. Sonra oturub, söhbət etdim, yola gətirdim”.


Geri dön