Ana Sayfa > Karusel / Dünya / M2 > Azərbaycanlı Rusiya bankına bir milyonluq ziyan vurdu

Azərbaycanlı Rusiya bankına bir milyonluq ziyan vurdu


31-03-2015, 14:47. Yazar: Xeberaz
Azərbaycanlı Rusiya bankına bir milyonluq ziyan vurdu
O, öz günahını etiraf edib.

Rusiyanın Kaluqa vilayətinin Federal İstintaq Bürosunun (FİB) əməkdaşları əslən Azərbaycandan olan Elvin Camal oğlu Allahverdiyevin qeyri-hüquqi fəaliyyətinə son qoyublar. O, dövlət iştiraklı banka, daha dəqiq “VTB24” QSC-yə zərər vurub.

Xeberaz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkar müsbət kredit tarixçəsi olan vətəndaşları taparaq, onların adına qaytarılmaz kredit anlaşması bağlayır, banka iş yeri haqqında saxta sənədlər təqdim edirdi.

Beləliklə, saxta şəxslərin adına ümumilikdə 1 000 000 rubl məbləğində iki kredit götürülüb. E.Allahverdiyev hüquq-mühafizə orqanlarından gizlənib və axtarışa verilib. Keçən ilin dekabrında FİB idarəsinin əməkdaşları cinayətkarı saxlayıblar. O, günahını etiraf edib və işə xüsusi qaydada baxılmasını xahiş edib.

Martın 16-da Kaluqa vilayətində məhkəmə E.Allahverdiyevə ittiham hökmü çıxarıb. Kredit sahəsində fırıldaqçılığa görə ona iki il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib.

Hökm qanuni qüvvəyə minib, Kaluqa vilayəti üzrə Rusiya FXB-nın mətbuat xidməti bildirib.
Geri dön