Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > Türkiyədə dəhşətli qəza - 1 ölü, 41 yaralı

Türkiyədə dəhşətli qəza - 1 ölü, 41 yaralı


9-11-2015, 15:46. Yazar: Xeberaz
Türkiyədə dəhşətli qəza - 1 ölü, 41 yaralı

Avtobusda sıxışan bəzi sərnişinlər xilasetmə qruplarının müdaxiləsi ilə xilas olub
Türkiyədə İqdırdan İstanbula gedən sərnişin avtobusu qəzaya düşüb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Osmancık-Tosya yolunda, Ardıç kəndi yaxınlığında avtobus idarəetməni itirirərək dərəyə aşıb. Sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb. Qəza yerinə Osmancık, Kargı və Dodurga mahallarından çox sayda təcili yardım sövq edilib.
Avtobusda sıxışan bəzi sərnişinlər xilasetmə qruplarının müdaxiləsi ilə xilas olub. Təcili yardımlarla Osmancık Dövlət Xəstəxanasına aparılan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.
Geri dön