Ana Sayfa > Karusel / İdman / M2 > “Qəbələ”nin üzvü Afrikada bürünc medal qazandı

“Qəbələ”nin üzvü Afrikada bürünc medal qazandı


8-11-2015, 16:13. Yazar: Xeberaz
“Qəbələ”nin üzvü Afrikada bürünc medal qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Aişə Qurbanlı növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın heyətində Afrikanın açıq çempionatına qatılan idmançımız yarışı bürünc mükafatla başa vurub.

48 kq çəki dərəcəsində çıxış edən idmançımız Mavrikinin Port-Lui şəhərində təşkil olunan çempionatda 4 görüş keçirib. İlk qarşılaşmada meydan sahibi Laetita Loumeo ilə görüşən Qurbanlı rəqibini ippon fəndi ilə məğlub edib. Avstraliyalı Çioe Raynerlə qarşılaşmanı da vaxtından əvvəl başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ekvadorlu Diana Kobosa uduzan Aişə bürünc medal uğrunda mübarizə aparıb.

ABŞ təmsilçisi Katelin Bouyssounu məğlub edən Qurbanlı yarışı fəxri kürsünün 3-cü pilləsində başa vurub.
Geri dön