Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Qışda arıqlamaq istəyənlər üçün PƏHRİZ
Qışda arıqlamaq istəyənlər üçün PƏHRİZ5-11-2015, 17:03. Yazar: Xeberaz |
Qış gəlib çatır. Soyuq, üşütmə, bronxit, xəstəliklərin hamısı qapımızdadır. Bütün bunlardan qorunub sağlam bir şəkildə arıqlamaq üçün ən doğru pəhriz proqramı hansıdır? Qışda xəstələnmədən arıqlamaq üçün yeməli olduğunuz ən mühüm qidalar meyvə və tərəvəzlərdir. Bundan başqa qış aylarında xəstəlik və infeksiyalardan qorunmaq üçün immunitet sistemimiz güclü olmalıdır. Mütəxəssislər qış aylarında gündəlik A, C, E vitaminləri, selenium, sink, maqnezium qəbulunu artırmağı tövsiyə edir. C vitamini ilə zəngin olan yaşıl bibər, cəfəri, aruqula, tərə, ispanaq, portağal, limon və naringi kimi qış qidaları yeyin. Bundan başqa E vitamini ilə zəngin olan fındıq, badam, yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar yeyin. Balıq yağı, omega 6 tərkibli zeytun və fındıq yağı da immunitet sistemini inkişaf etdirən qidalardır. Aile.lent.az qış ayları üçün ən uyğun pəhriz proqramını təqdim edir. Bu pəhrizə əməl edərkən səhər yeməyindən əvvəl 1 stəkan ilıq suya 1 çay qaşığı limon sıxıb için. 1-ci gün Səhər: 1 dilim qızardılmış, ya da isladılmış kəpək çörəyi, 1 yumurta, 1 dilim pendir, 1 stəkan şəkərsiz çay, ya da qəhvə Günorta: 100 qram dərisi soyulmuş qızardılmış toyuq, 1 kasa qatıq, 1 xiyar Axşam: 1 pors ətli, kəvərli tərəvəz yeməyi, salat, 1 alma 2-ci gün Səhər: 1 dilim qızardılmış, ya da isladılmış kəpək çörəyi, 1 yumurta, 1 pomidor, 1 stəkan şəkərsiz çay, ya da qəhvə Günorta: 100 qram qaynadılmış dana əti, yarım pors plov, salat Axşam: 1 pors ətli noxud yeməyi, salat, 1 portağal 3-cü gün Səhər: 1 yumurtalı omlet, 1 stəkan şəkərsiz çay, ya da qəhvə Günorta: 100 qram qızardılmış hinduşka əti, 1 dilim kəpək çörəyi, salat Axşam: 1 pors qiyməli ispanaq yeməyi, salat, 1 ədəd naringi 4-cü gün Səhər: 1 dilim qızardılmış, ya da isidilmiş kəpək çörəyi, 1 xiyar, 1 stəkan şəkərsiz çay ya da qəhvə Günorta: 100 qram qızardılmış kotlet, salat, 1 kasa qatıq Axşam: 1 pors gül kələmi yeməyi, yarım pors yağsız makaron, 1 ədəd nar 5-ci gün Səhər: 1 yumurta, 1 pomidor, 1 xiyar, 1 stəkan şəkərsiz çay, ya da qəhvə Günorta: 100 qram qızardılmış bifşteks, 1 kasa qatıq, 1 ədəd portağal, Axşam: 1 ədəd göbələk sotesi, yarım pors makaron, 1 ədəd naringi 6-cı gün Səhər: 1 yumurtalı omlet, 1 stəkan şəkərsiz çay, ya da qəhvə Günorta: 3 ədəd doğranmış qarışıq tərəvəz yeməyi, yarım pors plov, 1 nar Axşam: 1 pors ətli quru lobya, 1 kasa qatıq, 1 ədəd portağal 7-ci gün Səhər: 1 dilim qızardılmış, ya da isidilmiş kəpək çörəyi, az pendir, 1 pomidor, 1 stəkan şəkərsiz çay, ya da qəhvə Günorta: 100 qram qızardılmış toyuq filesi, 1 kasa qatıq Axşam: 1 pors balqabaq yeməyi, yarım pors makaron, 1 kasa qatıq Gecələr 1 stəkan ilıq süd için. Geri dön |