Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Namiq Qaraçuxurlu bal ayına getdi: "Belə istirahətdən sonra..."

Namiq Qaraçuxurlu bal ayına getdi: "Belə istirahətdən sonra..."


5-11-2015, 13:32. Yazar: Xeberaz
Namiq Qaraçuxurlu bal ayına getdi: "Belə istirahətdən sonra..."
Yeni ailə quran meyxanaçı Namiq Qaraçuxurlu bal ayına gedib. istirahət üçün hansı ölkəyə yollandığını gizli saxlayan ifaçı təəssüratlarını bölüşüb: “Bəzən istirahət adıyla səfərə çıxırsan, getdiyin məkanda tezdən oyanırsan, gecəyə qədər hər yeri gəzirsən. Gecə qaldığın ünvana yorğun çatıb, işdən yorğun gəlmiş kimi yatırsan. Elə mənim bu səfərim də belə davam edir. Məndən soruşan olanda hardasan? Deyirəm, istirahətdə. Amma belə bir istirahətdən sonra da dincəlməyə ehtiyac var”.
Xatırladaq ki, hazırda Azərbaycandan kənarda olan N.Qaraçuxurlu səfərə çıxan zaman hava limanında şəkil çəkdirib sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, N.Qaraçuxurlu oktyabrın 12-də özünə gəlinsiz, kişi toyu edib. İkinci dəfə özünə vağzalı çaldıran meyxanaçı özəl gününü mediaya qapalı etmişdi.
Geri dön