Ana Sayfa > Karusel / Hadisə / M2 > Suriyada döyüşən şəxslərin cəzası azaldılmadı

Suriyada döyüşən şəxslərin cəzası azaldılmadı


5-11-2015, 13:05. Yazar: Xeberaz
 Suriyada döyüşən şəxslərin cəzası azaldılmadı

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti veriblər.
Geri dön