Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Bakıda ağır qəza: Avtomobil iki gənci ölümcül əzdi + VİDEO

Bakıda ağır qəza: Avtomobil iki gənci ölümcül əzdi + VİDEO


4-11-2015, 22:11. Yazar: Xeberaz
Bakıda ağır qəza: Avtomobil iki gənci ölümcül əzdi + VİDEO
Gənclərin vəziyyətinin olduqca ağır olduğu bildirilir.

Bakıda ağır yol qəzası olub

Xəbəraz.az ölkə.az-a istinadən xəbər verir ki, “Elit” ticarət mərkəzinin qabağında qəza baş verib. Belə ki, “Hyundai” markalı avtomobil piyada keçidinin qarşısında dayanaraq onlara yol verən zaman arxadan sürətlə gələn “Mercedes S-Klass” markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində “Hyundai" piyada keçidindən istifadə edən 2 gənci vurub.

Gənclərin vəziyyətinin olduqca ağır olduğu bildirilir. Təcili tibbi yardım maşınının gec gəldiyi üçün onları polis avtomobilində xəstəxanaya çatdırıblar.

Onların 23-25 yaşı olduğu bildirilir.

Geri dön