Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda iraqlı tələbə suriyalını döydü

Bakıda iraqlı tələbə suriyalını döydü


4-11-2015, 22:02. Yazar: Xeberaz
Bakıda iraqlı tələbə suriyalını döydü
Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanasında tələbələr arasında dava düşüb.

Xəbəraz.az -ın Report-a istinadən xəbərinə görə, universitetin dördüncü kurs tələbəsi olan İraq vətəndaşı, 1992-ci il təvəllüdlü Muhammed Sıddık oğlu Kazım xuliqanlıq zəminində Suriya vətəndaşı, 1994-cü il təvəllüldlü Mahmud Xıdır oğlu əl-Həsəni döyüb.

Mahmud əl-Həsən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön