Ana Sayfa > Karusel / Hadisə / M2 > Oğru “Cici”yə 6 il iş kəsildi

Oğru “Cici”yə 6 il iş kəsildi


4-11-2015, 15:04. Yazar: Xeberaz

Oğru “Cici”yə 6 il iş kəsildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən “Cici” ləqəbli Ceyhun Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. C. Hadıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilib.

Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb.Lent.az
Geri dön