Ana Sayfa > Karusel / İdman / M2 / Məşhurların Taleyi > “Real” ŞOKDA: Benzema həbs edildi

“Real” ŞOKDA: Benzema həbs edildi


4-11-2015, 14:34. Yazar: Xeberaz
 “Real” ŞOKDA: Benzema həbs edildi
O, şantajda günahlandırılır

Fransa polisi yığma komandanın hücumçusu Kərim Benzemanı həbs edib. Apasport.az-saytının “Eurosport” nəşrinə istinadən məlumatına görə, Madrid “Real”ının forvardı "Lion"un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

Benzema millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər. Ulduz futbolçu polis şöbəsində dindiriləcək.

Qeyd edək ki, yerli polis eyni səbəbdən oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri həbs etmişdi. Lakin şantaj məsələsində Sissenin rolu az olduğundan, o, tezliklə sərbəst buraxılmışdı.
Geri dön