Ana Sayfa > Karusel / Dünya / Foto-fakt / Xəbəraz TV > 19 yaşlı qızı daş-qalaq edərək öldürdülər - VİDEO (18+)

19 yaşlı qızı daş-qalaq edərək öldürdülər - VİDEO (18+)


3-11-2015, 23:44. Yazar: Xeberaz
19 yaşlı qızı daş-qalaq edərək öldürdülər - VİDEO (18+)
Onun 23 yaşlı nişanlısı isə asılıb.

Əfqanıstanın Qor əyalətində 19 yaşlı qızın daş-qalaq edilərək öldürülməsinin videosu yayılıb.

Xəbəraz.az AzadlıqRadiosu-na istinadən xəbər verir ki, iki dəqiqəlik video görüntüdə ətrafa toplaşan kişilər qadını daşa basır, onun qışqırtısı eşidilir.

Yerli polis əməkdaşı Mohammad Aziminin oktyabrın 26-da verdiyi məlumata görə, Rokhsana adlı gənc qız oktyabrın 25-də öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.

Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk edibmiş. Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Masooma Anwari əyalətdə qadın hüquqlarının bərbad vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz qaldığını deyir.

Geri dön