Ana Sayfa > Karusel / Hadisə / M2 > Evə basqın edildi, ölən və yaralanan var

Evə basqın edildi, ölən və yaralanan var


3-11-2015, 17:37. Yazar: Xeberaz
Evə basqın edildi, ölən və yaralanan var
Beyləqan şəhərində naməlum şəxs evə hücum edərək ər və arvadı vurub.

Daxili İşlər Nazirliyindən Criminal.az-a daxil olan məlumata görə, Beyləqan şəhərində yaşayan Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və həyat yoldaşı Səbahətə küt alətlə xəsarət yetirib, sonra isə hadisə yerini tərk edib.

Səbahət Quliyeva hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön