Ana Sayfa > Karusel / Hadisə / M2 > Fəhlə kranın trosları arasında qalaraq öldü

Fəhlə kranın trosları arasında qalaraq öldü


3-11-2015, 17:32. Yazar: Xeberaz
Fəhlə kranın trosları arasında qalaraq öldü
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 1 nəfərin “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 14:04-də başa çatıb.
Geri dön