Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda iki qadın faciəvi şəkildə öldü

Azərbaycanda iki qadın faciəvi şəkildə öldü


3-11-2015, 15:23. Yazar: Xeberaz
Azərbaycanda iki qadın faciəvi şəkildə öldü
Azərbaycanda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 3-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Hədiyyə Hacıyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Bundan başqa noyabrın 2-də Goranboy rayonunun Sarovlu kəndində yaşayan azyaşlı Nurcahan Rzayeva evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub. Onun meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.
Geri dön