Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Günay Musayevadan millət vəkilinə təbrik

Günay Musayevadan millət vəkilinə təbrik


3-11-2015, 13:07. Yazar: Xeberaz
Günay Musayevadan millət vəkilinə təbrik
Günay Musayevadan millət vəkilinə təbrik Model Günay Musayeva dünən keçirilən parlament seçkilərində qələbə qazanan millət vəkili Qənirə Paşayevanı təbrik edib.

Sosial şəbəkədə deputatın ailə üzvləri ilə birlikdə fotosunu paylaşan Günay yazıb:

“Dünən səsimi İstanbulda verdim, ancaq ürəyim məmləkətim Tovuzda – Azərbaycandaydı. Dəyərli bacım, çalışqan, fədakar, ölkəsini çox sevən və Türkiyəyə aşiq Qənirə Paşayeva üçüncü dəfə millət vəkili seçildi. Təbriklər! Ən az, nur üzlü anan və bacın kimi mən də qürur duyuram. Sən, onsuz da, elimizin qürurusan. Yolun həmişə açıq olsun”.

Qeyd edək ki, noyabrın 1-də Türkiyədə də parlament seçkiləri keçirilib. Günay Musayeva bu ilin iyulunda Türkiyənin rəsmi vətəndaşı olduğundan qardaş ölkənin seçkilərində iştirak edib. Axşam.az
Günay Musayevadan millət vəkilinə təbrik
Geri dön