Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > “Azərsu”nun su maşını qəzaya düşdü, yaralı var - VİDEO

“Azərsu”nun su maşını qəzaya düşdü, yaralı var - VİDEO


2-11-2015, 22:35. Yazar: Xeberaz
“Azərsu”nun su maşını qəzaya düşdü, yaralı var - VİDEO
Faktla bağlı təhqiqat aparılır.

Ələt - Astara magistral yolunun 200 km-də Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, ikinci dərəcəli yoldan əsas yola çıxdığı bildirilən Şilavar kənd sakini, 58 yaşlı Fətulla Abdulovun idarə etdiyi "Mercedes" markalı 90-MZ-590 nömrə nişanlı nəqliyyat vasitəsi Ələt istiqamətində hərəkətdə olan

Lənkəran şəhər sakini, 49 yaşlı Arzuman Bəşirovun idarə etdiyi “Ford” markalı “Azərsu"ya aid 90-JU-681 nömrə nişanlı sisternli yük maşını ilə toqquşub. Nəticədə Mersedes yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Ağır xəsarət alan “Mercedes” sürücüsü dərhal Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün baş və qol nahiyəsində kəsilmiş yaralarla bərabər, rentgen müayinəsi zamanı sol oturaq sümüyünün sınığı aşkar olunub.

Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Faktla bağlı təhqiqat aparılır.

Geri dön