Ana Sayfa > Karusel / Hadisə / M2 > Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib

Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib


30-03-2015, 16:22. Yazar: Elmir
Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib

Bərdə rayonunda məskunlaşan bir qrup Ağdam qaçqını mənzil probleminə görə etiraz edib.

Xeberaz.az Arqument.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbərə görə, hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub: “Bu dəqiqə Bərdədə çox böyük gərginlik var. Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam qaçqınları yolu kəsiblər. Təkcə 300-ə yaxın avtomobil var. Artıq polis dəstələri hadisə yerinə gəlir. Bu dəfə geri dönməyəcəyini bildirən qaçqınlar sona qədər yolu açmayacaqlarını bildirirlər”.

Aksiya iştirakçıları Arqument.Az-a bildiriblər ki, hazırda qarşıdurma davam edir və polis aksiyaya müdaxilə edib.
Geri dön