Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Röya Aygünün bek-vokalçısı kimi təqdim olundu.
Röya Aygünün bek-vokalçısı kimi təqdim olundu.1-11-2015, 15:37. Yazar: Xeberaz |
Türkiyə mətbuatı müğənni Röyanın tərcümeyi-halını təqdim edib. Xeberaz.az xəbər verir ki, qardaş ölkə mətbuatı ifaçını xalq artisti Aygün Kazımovanın keçmiş bek-vokalçısı kimi təqdim edib. Hətta, Ağdamda doğulan Röyanın doğum yeri də səhv olaraq Bakı yazılıb: "Sənət dünyasında Röya olaraq tanınan Röya Ayxan Azərbaycanın paytaxtı Bakıda 1982-ci ilin 14 iyununda anadan olub. Musiqi karyerasına 1999-cu ildə başlayan ifaçı Aygün Kazımovanın konsertlərində bek vokal olub. İlk albomunu 2005-ci ildə çıxaran Röya 1999-2002-ci illərdə "W-Trio" adlı musiqi qrupunda fəaliyyət göstərib. Azərbaycanda qısa müddətdə məşhurlaşan sənətçi "Məhəllə" , "İstanbul tətili" filmləri ilə yanaşı "Yanmış körpülər" serialında da rol alıb" Geri dön |