Ana Sayfa > Karusel / İdman / M2 > “Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırıldı

“Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırıldı


31-10-2015, 20:32. Yazar: Xeberaz
“Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırıldı
Topaz Premyer Liqasının XI turunun “Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna hava şəraiti səbəb olub.

Belə ki, Qəbələ şəhər stadionunda güclü dumanın olması səbəbindən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.

Görüşün baş hakimi Rəhim Həsənovun və AFFA nümayəndələrinin ortaq qərarına əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.
Geri dön