Ana Sayfa > Karusel / Siyasət / Dünya / M2 > Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul etdi

Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul etdi


30-03-2015, 10:09. Yazar: Elmir
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul etdi

Amerika Birləşmiş Ştatlarının Nyu Çersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib.

Amerika-Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır.

Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıblar.

Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.

Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib.

Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib
Geri dön