Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda güclü yanğın

Bakıda güclü yanğın


30-10-2015, 12:47. Yazar: Xeberaz
Bakıda güclü yanğın
FHN məlumat yaydı.

Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binada yanğın olub.

Xəbəraz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön