Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda fəhlə aksiyası - Maaş verilmir +Foto+Video

Bakıda fəhlə aksiyası - Maaş verilmir +Foto+Video

29-10-2015, 23:47. Yazar: Xeberaz
Bakıda fəhlə aksiyası - Maaş verilmir +Foto+Video

Bakıda “Azərinşaatservis” MMC-nin işçiləri Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Xəbəraz.az musavat.com-a istinadən məlumatına görə, 5 aydır ki, maaş ala bilməyən işçilər evə qayıtmaq üçün pullarının olmadıını deyirlər.

Hazırda narazı işçilərdən iki nəfəri nazirliyin qəbul otağına dəvət edilib. Onların şikayətləri dinlənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü - noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək.

Etirazçıların 3 nəfəri PPX maşını ilə Polis İdarəsinə aparılıb. Onların idarə rəisinin qəbuluna aparıldığı və problemlərinin dinləniləcəyi bildirilib.

Polis əməkdaşları digər aksiyaçıların dağılmasını tələb ediblər və heç kimə aksiya üçün icazə verilməyəcəyini bildiriblər.

Geri dön